AZ

Armenqol Sosias: İspaniya Azərbaycan və Ermənistan arasında sülhün tərəfdarıdır

İspaniya Azərbaycan və Ermənistan arasında sülhün tərəfdarıdır.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Madriddə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü zamanı bildirib.

A.Sosias Vaşinqtonda Bakı və İrəvan arasında sülhün qurulması barədə əldə olunan razılaşmanı yüksək qiymətləndirib və onun Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün əhəmiyyətini qeyd edib.

O, həmçinin vurğulayıb ki, İspaniya sülh prosesini dəstəkləyir, Azərbaycan və Ermənistan arasında münasibətlərin daha da nizamlanmasına kömək etməyə hazırdır.

 

Seçilən
16
ikisahil.az

1Mənbələr