AZ

Ulduz futbolçu alimentə görə həbs oluna bilər

"Mançester Yunayted"in sabiq futbolçusu Anderson aliment borcuna görə 30 gün həbs oluna bilər.

İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş futbolçusu Anderson aliment borcunu ödəmədiyi üçün 30 gün müddətinə azadlıqdan məhrum edilə bilər.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın "The Daily Star" nəşri yayıb.

Bildirilir ki, qərar Braziliyanın Porto Aleqri şəhərinin Mülki Məhkəməsi tərəfindən qəbul edilib. Andersonun hazırda 188 min ABŞ dolları məbləğində aliment borcu var.

Qeyd edək ki, sabiq yarımmüdafiəçi futbolçu karyerası ərzində "Mançester Yunayted"lə birgə İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub. O, həmçinin Portuqaliyanın "Porto", İtaliyanın "Fiorentina", Braziliyanın "Qremio", "İnternasional", "Koritiba" və Türkiyənin "Adana Dəmirspor" klublarında çıxış edib.

Seçilən
0
4
musavat.com

5Mənbələr