AZ

İmişlidə toyda zəhərlənənlərdən dördü azyaşlıdır

İmişli rayonunda baş verən kütləvi zəhərlənmə şübhəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki,  hadisə ötən gün rayonun Muradxanlı kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən kiçik toy mərasimində iştirak edənlərdən 18 nəfər zəhərlənmə şübhəsi ilə bu gün İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlar ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət ediblər. Zəhərlənmə şübhəsi olan şəxslərdən dördü azyaşlıdır.

Hazırda həmin şəxslərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
1
konkret.az

2Mənbələr