İranın bir vaxtlar Livana etdiyini, Rusiya indi Moldovaya etmək istəyir.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
“Biz artıq Gürcüstanı Avropada itirdik. Gürcüstan Rusiyadan asılı hala gəlib”, - Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın müdaxilələrinə dünyanın reaksiyası kifayət deyil. Zelenski qeyd edib ki, bununla belə, Moldova özünü Rusiyanın müdaxiləsindən qoruyur: “Avropa Moldovanı da itirməyə göz yuma bilməz. Avropa İttifaqı Moldovaya maliyyə və enerji dəstəyi verməlidir”.
Ukrayna lideri onu da qeyd edib ki, Şimali Koreya taktiki zərbə dronunun sınağını həyata keçirir: “Bu onu göstərir ki, hətta məhdud imkanlara sahib olan ölkələr də çox təhlükəli silahlar hazırlaya bilirlər”.