AZ

Tramp–Ərdoğan masasında sürpriz: F-16-nın yerini KAAN tutacaq?

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Vaşinqtonda bir araya gələrək F-16 qırıcılarının alınması və Türkiyənin F-35 proqramına qayıdışı məsələsini müzakirə edəcəklər.

İngiltərə mətbuatının yazdığına görə, Ankara ABŞ-dan F-16 döyüş təyyarələri əvəzinə jet mühərrikləri almağı nəzərdən keçirir. Bu addım həm Türkiyənin milli döyüş təyyarəsi KAAN layihəsinə maliyyə ayırmasına, həm də gələcəkdə F-35 proqramına qayıdış üçün zəmin yaratmasına imkan verə bilər.

Rəsmi mənbələrə görə, qərarın hələlik yekunlaşmadığı, amma KAAN-ın ilk çatdırılmasının 2028-dən əvvəl gözlənilmədiyi bildirilir. ABŞ tərəfi isə F-16 müqaviləsi tamamlanmadan F-35 mövzusunun yenidən açılmasına ehtiyatla yanaşır.

Seçilən
11
news365.az

1Mənbələr