Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Tərtər rayonunda qeydiyyatda olan Bərdə rayon sakini 24 yaşlı qadının “Tiktok”da canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapıb.
Hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılıb, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib, uşaq isə sağlamlığının yoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilib.
Hazırda yerli icra hakimiyyəti orqanı tərəfindən Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, valideynin valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılıb. Eyni zamanda, azyaşlı müvafiq uşaq müəssisəsinə yerləşdirilib.
Qeyd edək ki, Bərdə rayon sakini olan 24 yaşlı Zəminə Qurbanova gecə saatlarında azyaşlı övladının yanında canlı yayım açaraq siqaret çəkmiş, qarşı cinsin nümayəndələri ilə bayağı söhbət etmişdi. Onun bu davranışı etirazla qarşılanmışdı.
10Mənbələr
-
poliqon.infoCanlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirilib - Yenilənib ( 21702151)
-
www.bakupost.azCanlı yayımda övladına zorakılıq etdi, azyaşlı uşaq müəssisəsinə yerləşdirildi ( 21701512)
-
cebheinfo.azSosial şəbəkədə canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirilib ( 21701062)
-
far.azSosial şəbəkədə canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirilib ( 21700750)
-
apa.azTiktokda canlı yayımda anası tərəfindən zərbə alan uşaq aidiyyəti müəssisəyə yerləşdirilib ( 21700663)
-
avtosfer.az"TikTok"da azyaşlı övladına qarşı zorakılıq tətbiq edən qadın barədə araşdırma başladı - AÇIQLAMA ( 21700399)
-
xezernews.azAnası tərəfindən döyülən azyaşlı müəssisəyə yerləşdirilib ( 21699496)
-
buta.tvTiktokda zorakılığa məruz qalan azyaşlı barədə məlumat ( 21698893)
-
publika.az"TikTok"da canlı yayımda anasının zorakılığına məruz qalan azyaşlı ilə bağlı AÇIQLAMA ( 21698872)
-
demokrat.azHəmin 7 yaşlı uşaq müəssisəyə yerləşdirildi ( 21698653)