
Azərbaycan diasporunun guşəsini Moldova Respublikasının Prezidenti Maya Sandu, Millətlərarası Münasibətlər Bürosunun baş direktoru Vyeçaslav Ryabçinski, Kişineu merinin səlahiyyətlərini icra edən İlie Çeban ziyarət ediblər. Onlara Azərbaycan diasporunun fəaliyyəti, təqdim olunan eksponatlar və mədəni irsimiz barədə geniş məlumat verilib.

Festivalda “Xarı Bülbül” həftəsonu məktəbinin şagirdlərinin ifasındakı milli rəqslərimiz tamaşaçıların rəğbətini qazanıb.

Qeyd edək ki, hər il sentyabr ayının üçüncü bazar günü baş tutan festivalda müxtəlif xalqlar və etnik qruplar öz milli mədəniyyətlərini, adət-ənənələrini, musiqi və rəqslərini, mətbəxlərini, sənətkarlıq nümunələrini tamaşaçılara təqdim edirlər.

AzVision.az