Çexiyanın Ostrava şəhərində keçirilən ənənəvi “NATO Days in Ostrava & Czech Air Force Days” beynəlxalq aviaşousu Türkiyə Hərbi Hava Qüvvələrinin parlaq çıxışı ilə yadda qalıb.
Musavat.com xəbər verir ki, bu il tədbirdə 17 ölkənin nümayəndələri iştirak edib. Onların arasında xüsusi maraq doğuran Türkiyənin məşhur “Turkish Stars” pilotaj qrupu olub. NF-5A və NF-5B tipli hərbi təyyarələrlə çıxış edən türk pilotları mürəkkəb akrobatik fiqurlar nümayiş etdirərək tamaşaçıları heyran qoyublar. Onların yüksək peşəkarlığı və dəqiqliyi tribunaları dolduran minlərlə insan tərəfindən uzun sürən alqışlarla qarşılanıb. Festival təşkilatçıları “Turkish Stars” qrupunun çıxışını ən yaxşı nümayiş uçuşu elan edərək xüsusi mükafatla təltif ediblər. Beləliklə, türk hərbi pilotlarının Ostravadakı uğuru bir daha NATO çərçivəsində Türkiyənin aviasiya sahəsindəki gücünü, bacarığını və təcrübəsini bütün dünyaya nümayiş etdirmiş olub.
Musavat.com