AZ

Bolqarıstan 2026-cı ildə Rusiya qaz tranziti müqaviləsini ləğv edəcək

Bolqarıstan 2026-cı ildə Rusiya qazının tranziti müqaviləsini ləğv edəcək.

Bunu BMT Baş Assambleyasında Bolqarıstanın baş naziri Rosen Jelyazkov bildirib.

“[ ABŞ ] Prezidenti Donald Trampın Baş Assambleyanın sessiyası zamanı səsləndirdiyi çağırışa gəlincə , biz Avropa İttifaqının bir hissəsi olaraq, Rusiyanın təbii qazının istifadəsi və ya tranziti üzrə müqavilələrin qısa müddətdə – 2026-cı ildə dayandırılması ilə bağlı İttifaqın qərarlarına qoşulacağıq”, – Jelyazkovun sözləri Bolqarıstan Milli Radiosunun saytında sitat gətirilib.

O əlavə edib ki, 2028-ci ilə qədər Rusiyadan gələn qaz Bolqarıstanın enerji bazarından tamamilə çıxarılmalıdır.

Seçilən
56
aznews.az

1Mənbələr