Oxu.Az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, Türkiyədə geofizika üzrə mütəxəssis, professor Ahmet Ercan bununla bağlı xəbərdarlıq edib.
Onun sözlərinə görə, regionda son üç gündə 4.6, 4.2 və 4.7 bal gücündə üç zəlzələ qeydə alınıb, bundan əvvəl də 6.1, 5.1 və 5.0 bal gücündə təkanlar baş verib.
"Lakin seysmik gərginlik hələ də qalıb. Böyük bir zəlzələ baş verərsə, bu, təəccüblü olmayacaq", - deyə professor bildirib.
Onun sözlərinə görə, əhali ciddi narahatlıq keçirir.
Mütəxəssis Sındırgıdakı tikililər də artıq zədələnmiş vəziyyətdə olduqları barədə xəbərdarlıq edib və sakinləri tezliklə rayonda inşa edilən TOKİ mənzillərinə köçməyə çağırıb. Onun sözlərinə görə, bu evlər möhkəm və etibarlı ərazidə tikilib.
4Mənbələr
-
olke.azProfessor XƏBƏRDARLIQ ETDİ: "Evlərinizdən köçün" ( 21703243)
-
demokrat.azTürkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı: "Evlərinizdən köçün" ( 21701029)
-
editor.azTürkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı: “Evlərinizdən köçün” ( 21699022)
-
oxu.azTürkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı: Evlərinizdən köçün ( 21698401)