AZ

Liberknext: "Mahir özünü tam hazır hiss etdiyinə əmin olmalıdı" - o, baş məşqçisinə niyə ilişir?

"Mən həmişə yaxşı performansı mükafatlandırmaq istəyirəm. Mütləq Mahirə şans verməliyəm? Mən ümidsiz deyiləm. Ancaq Mahir bir addım geri çəkilməli və özünü tam hazır hiss etdiyinə əmin olmalıdı" - bu sözləri "Kayzerslautern"in baş məşqçisi Torsten Liberknext deyib.

Göründüyü kimi, 52 yaşlı mütəxəssis həmvətənimizin məşqlərdə özünü yaxşı tərəfdən göstərmədiyinə eyham vurmaqla yanaşı, 2-ci bundesliqa təmsilçisinin son üç matçında adının iştirak ərizəsinə salınmamasının səbəbini izah edir. Belədə Mahirin daha çox və həvəslə çalışmasına ehtiyac var ki, o, bu yöndə hansısa addım atmaq niyyətində deyil. Bunu biz yox, "Bild"in yazarı Daniel Fişer deyir:
"Azərbaycan millisinin futbolçusu baş məşqçinin seçimlərindən birinə çevrilməyə çalışmır. Sabiq klubu "Nürnberq"də azarkeşlərin əsəbləriylə oynayan, özünü komandadan təcrid edən Mahir burda da ənənəsinə sadiqdi. Hətta sosial şəbəkə hesabındakı paylaşımlarla baş məşqçisinə ilişməkdən çəkinmir. O, bir neçə gün əvvəl Zinəddin Zidanın bu sözlərini paylaşıb: "Sənin haqda bəziləri pis, bəziləri yaxşı danışa bilər. Pis danışırlarsa, düzgün yoldasan". Mahirin növbəti paylaşımında isə bu ifadə yer alıb: "Heç nə vacib deyil". Hiss edilir ki, Mahir baş məşqçinin qərarından narazıdı".
Xatırladaq ki, "Kayzerslautern" sentyabrın 27-də "Paderborn"un qonağı olacaq. "Qırmızı iblislər" 6 turdan sonra 12 xalla 4-cü sıradadı. Onlar lider "Darmştadt"dan bir xal geridədi.

KƏNAN BAHADIR
Seçilən
35
football-plus.az

1Mənbələr