AZ

Bakıda pərakəndə ticarət dövriyyəsi 4% artıb

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 23,555 milyard manat olub.

Bu barədə Day.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

 

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 faiz artaraq 12,956 milyard manata, qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10,599 milyard manat olub.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faiz artıb. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Seçilən
12
22
day.az

10Mənbələr