BAKI, 24 sentyabr. TELEQRAF
İran kəşfiyyatı İsrailin nüvə proqramı ilə bağlı məxfi məlumatlar aşkarladığını bildirib.
Teleqraf “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İran İsrailin nüvə proqramı ilə bağlı məxfi məlumatları, eləcə də onunla əlaqəli olan alimlərin və hərbçilərin adlarını əldə edib.
İslam Respublikasının kəşfiyyat naziri İsmail Xətib deyib: "Bu sənədlərdə rejimin əvvəlki və indiki silah layihələri, köhnə nüvə silahlarının modernləşdirilməsi və təkrar emalına dair layihələr,ABŞ və bəzi Avropa ölkələri ilə birgə projelər haqqında məlumatlar var".
Onun sözlərinə görə, Tehrana informasiya axtarışında yəhudi dövlətinin baş naziri Benyamin Netanyahuya nifrət edən İsrail vətəndaşları kömək edib .