Nyu-Yorkda keçirilən görüşdə Sergey Lavrov və Marko Rubio Ukrayna böhranının sülh yolu ilə həllində maraqlı olduqlarını təsdiqləyiblər.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Moskva da öz növbəsində Alyaskadakı ölkələrin liderlərinin hazırladığı xəttə əməl etməyə hazırdır.
Lavrov münaqişəni uzatmaq üçün Kiyev və bəzi Avropa ölkələrinin irəli sürdüyü sxemlərin qəbuledilməzliyini vurğulayıb.
Onlar həmçinin bir sıra ikitərəfli münasibətlərə, o cümlədən ictimai-siyasi əlaqələrin bərpasına dair “sinxron qeydlər” ediblər.
***
21:04
Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Rubio-Lavrov ikitərəfli danışıqları 50 dəqiqədən çox davam edib.
***
20:18
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
APA xəbər verir ki, mətbuat üçün açılış nitqi olmadan başlayan görüş bağlı qapılar arxasında davam edib.
Qeyd edək ki, iyulun 10-da Lavrov və Rubio Malayziyada ASEAN tədbirləri çərçivəsində təxminən bir saat davam edən ikitərəfli görüş keçiriblər.