AZ

Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələr mükəmməl səviyyədədir Jelyazkov (YENİLƏNİB)

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov ilə görüşü olub.

"Unikal" xəbər verir ki, Baş nazir Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu dedi.

Prezident İlham Əliyev də öz növbəsində münasibətlərimizin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd etdi.

Söhbət zamanı enerji sahəsində hazırkı uğurlu əməkdaşlığımızdan məmnunluq ifadə edildi, bu sahədə əlaqələrin inkişafı üçün yeni perspektivlərin olduğu bildirildi.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı.

*** 20:00

Nyu-Yorkda Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Rosen Jelyazkov ilə görüşü olub.

“Unikal” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
9
unikal.az

10Mənbələr