AZ

Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcək

BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycan təmsilçiləri Yunanıstanın Katerini şəhərində keçiriləcək çimərlik güləşi üzrə U-17 dünya çempionatında iştirak edəcəklər.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmiz 10 güləşçi ilə təmsil olunacaq.

Oğlanların mübarizəsində Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq), Elvin Hacıquliyev, Nihad Süleymanlı (hər ikisi 80 kq), Möhlət Qasımov və Elgün Kərimli (hər ikisi 90 kq) çıxış edəcək.

İlk dəfə təmsil olunacağımız qızların yarışında isə Ülviyyə Musayeva (55 kq) və Rəna Nuriyeva (65 kq) uğurlu debüt etməyə çalışacaq.

Qeyd edək ki, sabah start götürəcək dünya çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Seçilən
61
4
teleqraf.com

8Mənbələr