AZ

Hərbi prokurorun birinci müavini də yola salınır - ŞƏFAYƏT İMRANOV ÖZÜNƏ YENİ VƏZİFƏ TAPIB

Ölkənin hərbi prokuroru dəyişidirləndən sonra bu qurumda illərlə çalışmış əksər yüksək rütbəli şəxslər yola salınır.

Vəzifəsini itirmək növbəsi hərbi prokurorun birinci müavini general-mayor Şəfayət İmranova çatıb.

Bildirilir ki, yaxın günlərdə Şəfayət İmranovun vəzifəsindən uzaqlaşdırılması barədə əmr elan olunacaq.

Bununla belə generala yaxın mənbələr onun artıq özü üçün yeni iş yeri müəyyən etdiyini də deyib.

Belə ki, Şəfayət İmranov yaxın zamanlarda Daxili Qoşunların Hərbi İnstitutunda prorektor vəzifəsinə təyinat alacaq./Gununsesi.info/

Seçilən
12
9
turkustan.az

10Mənbələr