AZ

Maaşlar artacaqmı? – Deputatdan açıqlama

“Minimum əmək haqqı ölkə başçısı tərəfindən imzalanan sərəncamla müəyyənləşir və ya dəyişir. 2025-ci ildə biz minimum əmək haqqının artmasını müşahidə etdik. Hazırda minimum əmək haqqı 400 manatdır və 2025-ci il minimum əmək haqqının artırılması ilə yadda qalıb”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, əmək haqqı artımları birbaşa dövlət başçısının imzaladığı sənədlər əsasında reallaşır:

“Təbii ki, özəl sektorda isə əmək haqqı artımları ilə bağlı özləri qərar verirlər. Amma sosial yardımda artımların olacağı gözlənilir. Gözlənti ondan ibarətdir ki, yaşayış minimumu artacaq, o cümlədən ehtiyac meyarında da artımın olacağı istisna deyil.

Sosial yardımlar məhz bu iki meyara əsasən dəyişir. Həmin meyarlar artan zaman minimum əmək haqqı və ya həmin vətəndaşımızın aldığı maaş dəyişmədiyi halda belə sosial yardım məbləğində artım müşahidə olunur.

Fikrimcə, həm yaşayış minimumu, həm ehtiyac meyarında artımların reallaşması halında növbəti ildən etibarən sosial yardımlarda və, sosial yardım məbləğlərində artımları müşahidə edəcək”.

MənbəBAKU.WS
Seçilən
6
7
banker.az

8Mənbələr