AZ

Makron: NATO Rusiyaya qarşı təmkinli davranmalıdır

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, NATO Rusiyanın sərhədlərdə mümkün yeni təxribatları fonunda “bir addım öndə” olmalıdır.

Editor.az xəbər verir ki, lakin o, alyansın açıq hərbi qarşıdurmaya getməsinin əleyhinə çıxıb və rus hərbi təyyarələrinin vurulmasının düzgün addım olmayacağını bildirib.

Makronun sözlərinə görə, əsas məqsəd gərginliyi artırmadan təhlükəsizliyi təmin etməkdir. Prezident vurğulayıb ki, alyans üzvləri arasında koordinasiya və diplomatik səylər gücləndirilməlidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr