AZ

Vens Rusiyanı hədələdi: Çox dəhşətli olacaq

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın vitse-prezidenti J.D. Vens Moskvanı Ukrayna ilə bağlı “xeyirxah danışıqlardan” imtina etməməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb. Qeyd olunub ki, Vensin sözlərinə görə, əks halda bu, Rusiya üçün çox pis və dəhşətli nəticələr doğuracaq.

Vens vurğulayıb ki, Prezident Donald Tramp mövqeyini açıq şəkildə bildirib: “Bu, mövqenin dəyişdirilməsi deyil, reallığın etirafıdır”.

ABŞ lideri sentyabrın 23-də BMT Baş Assambleyasında çıxışında qeyd edib ki, əgər Moskva Ukrayna münaqişəsinin həllinə razılıq verməsə, Vaşinqton Rusiyaya qarşı “iddi tariflər tətbiq etməyə hazırdır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
globalinfo.az

1Mənbələr