“İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir”.
“İki sahil” xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
“İran sülh və sabitliyi dəstəkləyir. İnanırıq ki, regionun və dünyanın gələcəyi əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət üzərində qurulacaq”, - deyə İran Prezidenti bildirib.