UEFA Avropa Liqasında Liqa mərhələsinə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, Türkiyənin "Fənərbağça" klubu səfərdə "Dinamo"nun qonağı olub. Bu görüşdə İstanbul təmsilçisi böyükhesablı məğlubiyyətə üzülüb.
İspaniyanın "Betis" klubu doğma meydanda "Nottingem Forest"i qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
İtaliyanın "Roma" klubu Fransada "Nitsa" ilə üz-üzə gəlib. Bu görüşdə qonaqlar çətin qələbə qazanıb.
Portuqaliyanın "Braqa" klubu evdə Niderlandın "Feyenoord"unu qəbul edib və minimal hesabla qalib gəlib.
UEFA Avropa Liqası
Liqa mərhələsi
I tur
24 sentyabr
20:45. PAOK (Yunanıstan) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:0
20:45. "Midtyullann" (Danimarka) - "Şturm" (Avstriya) - 2:0
23:00. "Dinamo" (Xorvatiya) - "Fənərbağça" (Türkiyə) - 3:1
23:00. "Betis" (İspaniya) - "Nottingem Forest" (İngiltərə) - 2:2
23:00. "Braqa" (Portuqaliya) - "Feyenoord" (Niderland) - 1:0
23:00. "Srvena Zvezda" (Serbiya) - "Seltik" (Şotlandiya) - 1:1
23:00. "Frayburq" (Almaniya) - "Bazel" (İsveçrə) - 2:1
23:00. "Nitsa" (Fransa) - "Roma" (İtaliya) - 1:2
23:00."Malmö" (İsveç) - "Ludoqorets" (Bolqarıstan) - 1:2