Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv adalarının xarici işlər naziri Abdullah Xalillə görüşərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.
Bu barədə Publika.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə yüksək səviyyəli təmasların, siyasi məsləhətləşmələrin və bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.
Nazirlər ötən il ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının vətəndaşların səyahət imkanlarını xeyli genişləndirdiyini və vətəndaşlar arasında təmaslara töhfə verdiyini vurğulayıblar.