AZ

Zaxarova: Ursula fon der Lyayen Londonu Kiyevi danışıqlara çağırmağa təşviq etməlidir

BAKI, 25 sentyabr. TELEQRAF

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Çinin təsirindən istifadə edərək “Rusiyanı danışıqlar masasına oturtmağa çalışmaq” əvəzinə, Londonu Kiyev rejimini sülhə təşviq etməyə çağırmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Diplomat Ursula fon der Lyayenin Çinin baş naziri Li Çian ilə görüşməsinə və bu görüşdə Pekindən "Rusiyanı danışıqlar masasına oturtmaq üçün öz təsirindən istifadə etməyi" xahiş etməsinə diqqət çəkib.

“Bəs Ursula, Aİ-nin aylardır isterik şəkildə tələb etdiyi danışıqlar masasındakı öz yerini kimin vasitəsilə lobbiləşdirir? Xatırladım. Rusiya hələ 2022-ci ilin yazında, Boris Conson Kiyev rejimini masadan uzaqlaşdırana qədər danışıqlar masasında idi. Bəlkə, Ursula Londonla danışsa daha yaxşı olar ki, onlar öz təsirlərindən istifadə edərək Ukraynanı danışıqlar masasına oturmağa təşviq etsinlər? Hərçənd Londonda onu kim dinləyəcək ki”, - diplomat qeyd edib.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr