ain.az bildirir, Oxu.az portalına istinadən.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənistanın millətçilik siyasətində kilsənin rolu" adlı veriliş hazırlanıb.
Verilişdə Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq kafedrasının müdiri, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı Ermənistanın millətçilik siyasətində kilsənin rolundan, ermənilərin dini institutlardan siyasi məqsədlər üçün istifadəsindən danışıb.
O bildirib ki, Ermənistanın xristianlığı ilk qəbul edən dövlət olması iddiası mifdir: "Qaregin Njdenin irqçi ideologiyasını yaşadırlar. O, qəhrəman yox, irqçi ideoloqdur. Ermənistanın millətçilik siyasətində kilsənin rolu böyükdür. Erməni kimliyinin əsas şüarı belədir: "Əvvəl erməni, sonra xristian".
Onun sözlərinə görə, terroru legitimləşdirən ideologiya: "Nemezis" və ASALA-dır: "Qondarma soyqırımı iddiası ermənilər üçün ideoloji silahdır. Erməni millətçiliyi və irqçiliyi Qafqazda təhlükəsizlik üçün təhdiddir. Erməni kilsəsi dövlətin yerinə keçib".
Çaxmaqlı sonda Ermənistan irqçiliyi, kilsədən terrora gedən yol, erməni millətçiliyinin dini vasitəyə çevirməsi, Ermənistan millətçiliyinin kökləri, din, millət və terror - erməni modelinin anatomiyası ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Qərbi Azərbaycan Xronikası: "Əvvəl erməni, sonra xristian" onların kimliyinin əsas şüarıdır
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.