AZ

Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşdü

BAKI, 25 sentyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.

Teleqraf xəbər verir ki, Ceyhun Bayramov bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Biz Azərbaycan-Estoniya əlaqələrinin gücləndirilmiş siyasi dialoq, müntəzəm məsləhətləşmələr və yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə inkişafını müzakirə etdik.

Mən həmkarıma Azərbaycanın regionumuzda davamlı sülh və sabitliyin təşviqi istiqamətində göstərdiyi səylər barədə də məlumat verdim", - C.Bayramov qeyd edib.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr