AZ

ABŞ-də səhvən 38 il həbsdə olan kişiyə rekord məbləğdə təzminat ödənilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı Moris Heystinqs törətmədiyi cinayətə görə 38 il Kaliforniya həbsxanasında keçirdikdən sonra 25 milyon dollar məbləğində kompensasiya alıb.
Oxu.Az-ın "The Guardian" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu məhkumun vəkilləri deyiblər.
Bildirilir ki, bu, ştat tarixində ədalətsiz məhkumiyyətə görə ən böyük kompensasiya ödənişidir.
Heystinqs 1983-cü ildə baş vermiş qətldə günahsız olduğunu sübut edən DNT ekspertizasından sonra 2022-ci ildə azadlığa buraxılıb. O, 2000-ci ildə testin aparılmasına nail olmağa çalışıb, amma test ancaq 2021-ci ildə aparılıb. Analiz göstərib ki, qurbanın bədənində tapılan sperma məhkuma aid deyil.
DNT-nin uyğun gəldiyi Kennett Paknett adlı şəxs isə həmin qətldən üç həftə sonra başqa bir işə görə həbs olunub. O, 2020-ci ildə həbsdə olduğu müddətdə vəfat edib.
2023-cü ildə məhkəmə rəsmi olaraq Heystinqsin günahsız olduğunu tanıyıb.
Seçilən
23
1
oxu.az

10Mənbələr