AZ

Azərbaycanla bu ölkə arasında viza tələbi qismən ləğv olunur - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvareslə görüşüb. SİA xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

Danışıqlar zamanı əsas diqqət siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm axınının artırılması, eləcə də, yeni əməkdaşlıq sahələrinin araşdırılmasına yönəlib.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Nazirlər Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri üçün viza tələbinin ləğv olunmasına dair Sazişi imzalayıblar.

Seçilən
1
3
sia.az

10Mənbələr