“Ford” Amerika Birləşmiş Ştatlarında 115,5 min avtomobili geri çağıracaq. SİA xəbər verir ki, qərar 2020 və 2021-ci illərdə istehsal olunmuş “F-250”, “F-350” və “F-450” modellərinə şamil olunacaq. Buna səbəb sükan sistemində ortaya çıxan nasazlıqdır. Aşkarlanan nasazlığın hərəkət zamanı sükanın yuxarı valının yerindən çıxmasına və nəticədə nəqliyyat vasitəsində idarəetmənin itirilməsinə səbəb ola biləcəyi qeyd edilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta