AZ

Afaq Bəşirqızı yenidən səhnəyə qayıdır “O özü dedi ki, istəyirəm tamaşanı sən hazırlayasan” ÖZƏL

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Bəzi rejissorların əlindən tamaşa qura bilmirik. Eyni adlı tamaşaya mənim quruluşumu verib, eynilə mənim mizanlarımdan istifadə edib təqdim edirlər. Mən ad çəkməyəcəm, onlar heç buna da layiq deyillər ki, adlarını çəkim. Hərhalda, tamaşanı bu qədər oğurlamaq olmaz. Mən bunu qəbul edə bilmirəm. Əsas da ideyanı oğurlamaq dözülməzdir. Bizim üçün əsas olan ideyadır. Yəni biz bu tamaşa vasitəsilə insanlara nə demək istəyirik? Hansı mesajı veririk? Sənin ilk dəfə yaratdığın, səhnəyə gətirdiyin personajları kopyalamaq da oğurluqdur. Mən heç vaxt bunu etməmişəm, heç vaxt da etmərəm. Bu hərəkəti özümə yaraşdırmaram”

Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov deyib. O daha sonra əlavə edib:

“O adamlar bilirlər ki, mən onlar barəsində ölçü götürəcəm. Maraqlı olsa, mən səhnə-səhnə, kadr-kadr sübut edərəm ki, siz nə oğurlamısız. Tamaşanın əksər səhnələri oğurluqdur. Həmin rejissorun özünə də deyiblər ki, sən Samir Qulamovdan oğurlamısan. O da deyib ki. “əşşi, olub da, etmişik”.Bu nə deməkdir? Hansı tamaşamdan oğurluq olunduğunu demək istəmirəm. Mən onların yerinə utanıram” deyə sənətçi bildirib.

Samir Qulamov hazırda səhnələşdirdiyi tamaşalardan da danışıb:

“Afaq xanımın 70 illik yubileyi ilə bağlı Əli Əmirlinin “7 məhbusə anası” pyesi eyniadlı əsər əsasında hazırlanır. Məni rejissor kimi o tamaşaya Afaq xanım özü istəyib. Özü deyib ki, “mən istəyirəm tamaşanı Samir Qulamov hazırlasın”. Afaq xanım tamaşada baş roldadır. İnanırıq ki, çox gözəl bir səhnə əsəri hazırlanacaq. Bu tamaşa o illərdə qurulub, bu dəfəki çox fərqli olacaq. Tamaşadakı obrazların fərqli xarakterlərini üzə çıxaracağıq. Mən illər əvvəl hazırlanan tamaşaları yenidən hazırlamağa başlayanda həmin tamaşalara dəfələrlə baxıram ki, birdən nəyisə təkrarlayaram. Bütün kollektivimizlə birgə çalışacağıq ki, Afaq xanımın adına layiq tamaş olsun. Çox güman ki, biz tamaşanı noyabr ayının sonuna, dekabr ayının əvvəlinə çatdıra bilərik. Çünki teatrda hazırda iki tamaşanın premyerası gözlənilir. Bundan da əlavə Əli Əmirlinin “Mesenat” əsərini səhnələşdirirəm” deyə rejissor bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
moderator.az

2Mənbələr