AZ

Astronomlar Yerə kometanın yaxınlaşdığı barədə xəbərdarlıq ediblər

Astronomlar bildiriblər ki, “C/2025 A6” (Lemmon) kometası sürətlə parlayır və artıq 10–14 gün ərzində onu binokllarla izləmək mümkün olacaq. Proqnozlara görə, oktyabrın sonu, noyabrın əvvəllərində bu göy cismi ikinci–dördüncü ulduz böyüklüyündə olacaq və onu optik cihazlar olmadan da açıq gözlə görmək mümkün olacaq. “İki sahil” xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi “Telegram” kanalında yayılıb.

Bu komet bu il yanvarın 3-də aşkar edilib və hazırda Yerə təxminən 200 milyon kilometr məsafədədir. Hər gün bu məsafə 5 milyon kilometrə qədər azalır.

Hazırda kometa Böyük Ayı bürcünə doğru hərəkət edir və oktyabrın ortalarında onun yaxınlığından keçəcək. Ayın son günlərində maksimum parlaqlıqda, İlan və İlan daşıyıcısı bürclərində Günəş batandan dərhal sonra izləmək mümkün olacaq. Hal-hazırda kometanın parlaqlığı səkkizinci ulduz dərəcəsi qədər qiymətləndirilir və onu artıq həvəskar teleskoplarla görmək mümkündür.

Seçilən
10
8
ikisahil.az

10Mənbələr