AZ

Tramp Yaponiyaya gedəcək

ABŞ prezidenti Donald Tramp bu il oktyabrın sonunda Yaponiyaya səfər etmək niyyətindədir. Musavat.com xəbər verir ki, məlumatı Kyodo agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən yayıb.

Onların mənbələrinə görə, hazırda səfərin dəqiq tarixləri razılaşdırılır. Trampın oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcəyi Cənubi Koreyaya gedərkən Yaponiyada dayanacağı gözlənilir.

Bu, Trampın ikinci dövründə Yaponiyaya ilk səfəri olacaq. Kyodo-nun verdiyi məlumata görə, oktyabrın sonunadək Yaponiya istefası başa çatan Şiqeru İşibanı əvəz edəcək yeni baş nazir seçəcək. 

Musavat.com

Seçilən
16
1
musavat.com

9Mənbələr