AZ

Ağ Ev “şətdaun”a görə demokratları zərbə altında qoymağa hazırlaşır: Plan açıldı...

Ağ Evin İdarəetmə və Büdcə İdarəsi (OMB) oktyabrın 1-də federal hökumətin fəaliyyətini dayandıracağı təqdirdə işçilərin kütləvi ixtisarı planlarını hazırlamaq üçün hökumət qurumlarına bildiriş göndərib. Musavat.com xəbər verir ki, məlumatı “Politico” öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, bağlanma zamanı federal işçilərin kütləvi şəkildə məzuniyyətə buraxılması ilə bağlı adi təcrübədən fərqli olaraq, bu dəfə plan işdən çıxarmaq və işçilərin sayını azaltmaq, həmçinin “Prezident Donald Trampın prioritetlərinə uyğun gəlməyən” proqram və layihələri bağlamaqdır.

Qəzet qeyd edir ki, əvvəlki illərdə işdən çıxarılan işçilər maliyyələşmə bərpa olunduqdan dərhal sonra yenidən işə götürülürdülər. Lakin bu seçim artıq təmin edilmir: "Bu dəfə OMB Direktoru Rassell Vout iş yerlərinin bağlanması təhlükəsindən Senatdakı demokratlara qarşı təsir aləti kimi istifadə edir".

İdarəetmə və Büdcə İdarəsindəki mənbəyə görə, Sosial Müdafiə, Medicare və veteranlara dəstək proqramları hökumətin bağlanmasından asılı olmayaraq davam edəcək. Silahlı qüvvələr, hüquq-mühafizə orqanları, immiqrasiya və sərhəd nəzarəti xidmətləri və hava hərəkəti dispetçerlərinin maliyyələşdirilməsi də davam edəcək.

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr