Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Trans-Atlantik şam yeməyində iştirak edib.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib
“Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın gücləndirilməsində, möhkəmlənməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir...”, - XİN-dən bildirilib.
Qeyd edək ki, tədbirdə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan da iştirak edib.



5Mənbələr
-
baku.newsBayramov Mirzoyanla Trans-Atlantik şam yeməyində ( 21710305)
-
demokrat.azCeyhun Bayramov Mirzoyanla Trans-Atlantik şam yeməyində— FOTOLAR ( 21709384)
-
bizim.mediaCeyhun Bayramov Ararat Mirzoyanla Trans-Atlantik şam yeməyində - FOTO ( 21709399)
-
heftelik.azBayramov Mirzoyanla Trans-Atlantik şam yeməyində – FOTO ( 21709249)
-
qafqazinfo.azBayramov Mirzoyanla Trans Atlantik şam yeməyində Fotolar ( 21708715)