AZ

Bu il Rusiyada büdcə kəsiri rekord həddə çatacaq

2025-ci il üçün büdcə kəsiri ÜDM-in 2,6%-i səviyyəsində proqnozlaşdırılır...

Poliqon xəbər verir ki, bu il Rusiyanın büdcə kəsiri ÜDM-in 2,6%-i həddinə çatacaq və bu, müharibənin başlanmasından bəri ən yüksək göstərici olacaq. Reuters Agentliyi Rusiya Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş sənədləri araşdıraraq, kəsirin əvvəlki hədəf göstəricisini 53% üstələyəcəyini bildirir.

Rusiya hakimiyyəti bu gün bəyan edib ki, ƏDV-nin artırılması “əsasən müdafiə və təhlükəsizliyin maliyyələşdirilməsinə yönələcək”. Maliyyə Nazirliyi həmçinin digər vergilərin, o cümlədən qumar biznesi üzrə verginin artırılmasını və kiçik biznes üçün vergi güzəştlərinin ləğvini təklif edib.

Ekspertlər bildirir ki, bu addım son aylarda azalan inflyasiyanı yenidən artıracaq və Mərkəzi Bankın əsas faiz dərəcəsini daha da aşağı salmaq imkanlarını çətinləşdirəcək. Mərkəzi Bank açıqlayıb ki, ƏDV artımının inflyasiya gözləntilərinə təsirini nəzərə alacaq.

T-Bank analitiki Sofya Donets hesablayıb ki, 2026-cı ildə vergi artımı inflyasiyanı 1,5 faiz bəndi yüksəldəcək. Bu isə Mərkəzi Bank üçün çətinlik yaradacaq, çünki o, inflyasiyanın pisləşməsi ilə iqtisadiyyatın yavaşlaması arasında tarazlıq qurmaq məcburiyyətində qalacaq.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr