AZ

“Zelenskinin Qazaxıstan variantı Putini çətin vəziyyətə saldı” “Bu təklif xüsusi məna daşıyır...”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinlə görüş yerini Qazaxıstan kimi göstərməklə Kreml rəhbərini çıxılmaz vəziyyətə salıb”. 

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Zelenski əvvəllər Türkiyə və bəzi Avropa ölkələrini görüş məkanı kimi təklif etmişdi. Ancaq bu dəfə Qazaxıstanı önə çəkməsi xüsusi məna daşıyır.

E.Şahinoğlunun fikrincə, Zelenski bununla Putinə göstərmək istəyib ki, o, hətta Rusiyanın strateji tərəfdaşı və eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkənin ərazisində də görüşməyə hazırdır.

Politoloq bildirib ki, Zelenski bu yolla Qazaxıstanla Belarus arasında fərq qoyub: “Zelenski Belarusu Rusiyanın vassalı hesab edir və orada görüşmək istəmir. Qazaxıstan isə Rusiya ilə müttəfiq olsa da, Astanada Ukraynanın ərazi bütövlüyünə dəstək verilir”.

Zelenskinin BMT Baş Assambleyası çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdüyünü xatırladan politoloq qeyd edib ki, liderlərin ingilis dilində danışması Rusiyadakı şovinist dairələrin narazılığına səbəb olub.

Elxan Şahinoğlu vurğulayıb ki, Zelenskinin yeni təklifi Putin üçün əlavə dilemma yaradıb: “Əgər Kreml sahibi Qazaxıstan variantını rədd edərsə, bu, Moskva ilə Astana arasındakı münasibətlərdə sualların artmasına səbəb olacaq”.

Politoloq xatırladıb ki, Rusiya daxilindəki şovinist dairələr əvvəllər də Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar səsləndirirdilər.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr