AZ

“İnter Mayami” “Nyu York Siti”ni darmadağın edib VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

MLS çempionunda keçirilən “Nyu-York Siti” - “İnter Mayami” oyunu qonaqların inamlı qələbəsi ilə başa çatıb.

İdman.biz-in məlumatına görə, Nyu-Yorkun “Siti Fild” stadionunda keçirilən görüş Mayami təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun əsas qəhrəmanı dubl edən və bir məhsuldar ötürmə verən Lionel Messi olub. Həmçinin uruqvaylı Luis Suares və argentinalı Baltasar Rodriqes də fərqləniblər.

“İnter Mayami” üçün bu, ardıcıl üçüncü qələbə olub, “Nyu-York Siti” isə özünün üç oyunluq qələbə seriyasını dayandırıb.

Argentinalı ulduz hücumçunun komandası növbəti turda səfərdə “Toronto” ilə qarşılaşacaq, “Nyu-York Siti” isə “Nyu-York Red Bullz”la üz-üzə gələcək.

Qeyd edək ki, bu qələbədən sonra “İnter Mayami” 55 xal toplayaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Nyu-York Siti” isə 53 xalla 5-ci yerdə qərarlaşıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
icma.az

2Mənbələr