AZ

III MDB Oyunlarında iştirak edəcək daha bir qrup idmançı Azərbaycana gəlib - FOTO

III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri Azərbaycana gəlməyə davam edirlər. SİA xəbər verir ki, Belarus və Özbəkistandan növbəti, Tacikistandan isə ilk idmançılar ölkəmizə gəliblər. Onlar futbol, üzgüçülük, boks, taekvondo, voleybol və sambo idman növlərində mübarizə aparacaqlar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Bakıya eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

Seçilən
0
10
sia.az

10Mənbələr