AZ

Gömrükdə “paylama üsulu” ilə gətirilən “iPhone”lar və digər mallar aşkarlanıb: araşdırma aparılır

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyatakeçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkəərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindənyayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeylimiqdarda mallar aşkar edilib.

Bu barədə Trend-ə DövlətGömrük Komitəsindən bildirilib.

Məlumata görə, Ciddə-Bakı aviareysi ilə gələn AzərbacanRespublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd"İphone17", 4 ədəd "İphone16", 15 ədəd "apple" markalı qələm, 8ədəd "apple" markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbuledərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

“Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edənvətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdəngötürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqiməsuliyyət yarada bilər” - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
7
5
az.trend.az

2Mənbələr