AZ

Bu stansiya gələn il açılacaq

Ajans.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib. “”B-04” stansiyası çəhrayı xəttin beşinci, Bakı metrostansiyasının 28-ci stansiyasıdır”, - deyə o əlavə edib. Rəis müavini həmçinin əlavə edib ki, metronun “8 Noyabr” və “B-04” stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib və dəmir yolu xətti çəkilib:

"Layihə üzrə stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Ekskalatorlardan 12 ədədi artıq inşa edilib. “B-04” stansiyasının C.Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı olacaq. Bunlardan 2 çıxış tam inşa edilib, 2 çıxışda bərpa-tikinti işləri davam etdirilir. Stansiyanın platformasının uzunluğu 144 metr təşkil edir. "Bənövşəyi" xəttin davamı olaraq 7 vaqon xətti hərəkətə buraxılacaq”.

Seçilən
27
13
Ajans.az

10Mənbələr