AZ

"Fəxri yazar" seçimi hansı meyarlara əsaslanır? - Şahbaz Xuduoğlu etiraz etdi

"Son illər Bakı Beynəlxal Kitab Sərgisinə “Fəxri yazar” elan olunur, amma bu seçimin qaydaları, prinsipləri və kim tərəfindən aparıldığı barədə ictimaiyyətə açıq, şəffaf məlumat verilmir".

Kulis.az xəbər verir ki, bu sözləri "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial media hesabında yazıb.

Onun fikrincə, qərarlar qapalı dairədə deyil, ədəbiyyat ictimaiyyəti və naşirlər ilə məsləhətləşməklə verilməlidir:

"Bəzən yalnız bir kitab yazmış və ya yalnız xırda tərcümələri ilə özünü gözə soxan şəxslər “Fəxri yazar” elan olunur.

Ədəbiyyat və nəşriyyat sahəsində illərlə çalışan, onlarla, yüzlərlə əsəri oxucuya çatdıran müəlliflər, naşirlər və ya tərcüməçilər isə kənarda qalır.

Bu isə ədəbi ictimaiyyətdə narazılıq və haqlı suallar doğurur: “Seçim hansı meyarlara əsaslanır?”

Əslində, belə statusların verilməsi üçün açıq və obyektiv prinsiplər müəyyən edilməlidir: yazıçı və ya tərcüməçinin yaradıcılıq fəaliyyəti, oxucu auditoriyası, təsir gücü, ədəbiyyata töhfəsi, beynəlxalq nüfuzu və s.

Qərarlar qapalı dairədə deyil, ədəbiyyat ictimaiyyəti və naşirlər ilə məsləhətləşməklə verilməlidir.

Bu status əgər “Fəxri” adlanırsa, onda, həqiqətən, ədəbi mühitin və oxucuların hörmətini qazanmış şəxslərə verilməlidir".

Seçilən
1
2
kulis.az

3Mənbələr