AZ

bp-nin "Şəfəq" layihəsi enerji keçidinin bariz nümunəsi olacaq - Bəxtiyar Aslanbəyli

Bakı. Trend:

“Şəfəq” günəş enerjisi layihəsi ilə bağlı yekun investisiyaqərarı qəbul edilib, bu, bp-nin Azərbaycanda günəş enerjisisahəsindəki ilk layihəsi və şirkətin ölkə ilə 30 illik stratejitərəfdaşlığı çərçivəsindəki ilk layihəsidir.

Trend xəbər verirki, bunu bp-nin Xəzər dənizi bölgəsində kommunikasiya və xariciəlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADAUniversitetində keçirilən Birinci Azərbaycan Britaniya SiyasiDialoqu adlı tədbirdə çıxışı zamanı deyib.

“Biz fəxr edirik ki, bu layihə Azərbaycanın işğaldan azadolunmuş ərazilərində reallaşdırılacaq. Bu layihəyə təkcə kommersiyavə mühəndislik əhəmiyyəti yox, həm də milli əhəmiyyət qatır”, -deyə o vurğulayıb.

Onun sözlərinə görə, layihə təxminən 240 meqavatlıq günəşenerjisi istehsal etməyə imkan verəcək.

“Azərbaycan hökuməti ilə bağlanmış xüsusi sazişə uyğun olaraq,əldə olunan elektrik enerjisi milli enerji sisteminə yönəldiləcək.Əvəzində isə şəbəkənin digər hissələrindən bərabər həcmdə enerjiSəngəçal terminalına yönəldiləcək və bp-nin və tərəfdaşlarımızınneft-qaz obyektlərinin fəaliyyətini təmin etmiş olacaq”,- deyəvitse-prezident aydınlaşdırıb.

Aslanbəyli layihənin innovativ xarakterini də qeyd edib: “Mənimfikrimcə, bu enerji keçidi ilə bağlı eşitdiyim ən yaxşı hekayədir.Təkcə bizim layihədir deyə demirəm. Düşünün: zəngin neft-qaz irsinəmalik ölkədə ənənəvi enerji şirkəti hidrokarbonlardan əldə etdiyigəlirin bir hissəsini günəş enerjisinə təkrar investisiya edir. Bugünəş enerjisi isə, öz növbəsində, investisiyaları mümkün etmişhəmin neft-qaz obyektlərinin karbonsuzlaşdırılması üçün istifadəolunur. Nəticədə Səngəçal terminalının istismar müddəti ərzindəyaranan emissiyaları 50 faiz azalacaq”.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr