AZ

“Qarabağ” 5 min cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“Sabah” – “Turan Tovuz” matçına Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibi 2000 manat cərimə edilib.

“Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov "Qarabağ"la oyunun 28-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Futbolçunun hərəkətinə görə klub 500  manat cərimələnib.

"Qarabağ" isə azarkeşlərinə görə ziyana düşüb. Ağdam təmsilçisinin azarkeşləri "Araz-Naxçıvan"la qarşılaşmanın 60-cı dəqiqəsində rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün klub 5000 manat cərimə ödəməli olacaq.

"Cebheinfo.az" 

Seçilən
4
3
cebheinfo.az

3Mənbələr