AZ

Türkiyənin məşhur aktyorları Bakıya gəlir

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində, Türkiyənin məşhur Yeşilçam aktrisası Hülya Koçyiğit və müasir dövrün tanınmış aktyorları Brek Oktay, Anıl Altan və Duyğu Sönmez, 26 sentyabr 2025-ci il tarixində Bakı şəhərinə gələcək.

"Cebheinfo.az" xəbər verir ki, bu görüş Bakı Yunus Emre İnstitutunda keçiriləcək və saat 11:00-da başlayacaq. Səhnə sənətinin sevənləri, Türk kino sənətinin bu məşhur simaları ilə tanış olmaq, onların həyat və karyerası haqqında maraqlı söhbətlərdə iştirak etmək imkanı əldə edəcəklər.

Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və iki ölkə arasındakı mədəni mübadilənin artmasına töhfə verəcək bu tədbir, kinosevərlər üçün unudulmaz anlar yaşatmağa hazırdır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
7
cebheinfo.az

8Mənbələr