AZ

"Qarabağ" klubu 5000 manat cərimələndi

AFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" klublarını cərimələyib.

Ölkə.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" – "Qarabağ" oyununun 28-ci dəqiqəsində "Araz-Naxçıvan" komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, "Araz-Naxçıvan" komandası 500 manat cərimə edilsin (maddə 17.7);

21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" – "Qarabağ" oyununun 60-cı dəqiqəsində "Qarabağ" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Qarabağ" klubu 5000 manat cərimə edilsin (maddə 52.5);

20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Sabah" – "Turan Tovuz" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Sabah" klubu 2000 manat cərimə edilsin (maddə 99, 94, 57.2);

Seçilən
24
18
olke.az

10Mənbələr