AZ

İkinci görüş: Əş-Şaraa və Tramp münasibətləri müzakirə etdilər

Suriya keçid dövrü prezidenti Əhməd Əş-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyasının çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə görüşüb. Bu barədə Suriya dövlət informasiya agentliyi SANA xəbər verir.

SANA agentliyi iki foto yayımlayıb, fotolarda Əş-Şaraa birinci xanım Melaniya Trampın iştirakı ilə Trampın əlini sıxır. Agentlik görüşün təfərrüatlarını açıqlamayıb.

Bu, iki liderin may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən danışıqlardan sonra ikinci görüşü olub.

Bildirilir ki, İsrailin baş nazir Binyamin Netanyahunun Tramp və Əş-Şaraa ilə sammit çərçivəsində üçtərəfli danışıqlar aparmaq niyyəti var.

S.ELAY

XQ

 

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr