AZ

"PeşəFest”in növbəti dayanacağı Göygöl oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən keçirilən “PeşəFest” bu dəfə Göygöl rayonunda baş tutub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elvin Paşayev, DMA-nın İdarə Heyətinin sədr müavini Hasil Abbasov, ətraf rayonlardan dövlət və özəl təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

E.Paşayev “PeşəFest”in rayonun yeniyetmə və gənclərinin gələcək karyeralarında xüsusi rol oynayacağından əminliyini ifadə edib.

H.Abbasov tədbirin gənclərin aktual peşələrlə bağlı maarifləndirilməsi məqsədi daşıdığını, onlara peşə seçimində dəstək olmağa xidmət etdiyini bildirib.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

Festivalın təşkil olunacağı digər ünvanlar və tarixlər isə belədir:

• Ağdam – 29 sentyabr / Quzanlı Heydər Əliyev Mərkəzi

• İmişli – 1 oktyabr / Heydər Əliyev parkı

• Ağsu – 3 oktyabr / Heydər Əliyev parkı

• Ağdaş – 8 oktyabr / Heydər Əliyev parkı

• Qəbələ – 11 oktyabr / Heydər Əliyev parkı

• Xaçmaz – 13 oktyabr / Zəfər parkı

• Bakı – 16 oktyabr / Dənizkənarı Milli Park

Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.

İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Mustafa KAMAL

XQ

Seçilən
7
11
xalqqazeti.az

10Mənbələr