AZ

Mourinyo Portuqaliyaya qayıdan kimi qalmaqal yaratdı

style='margin-bottom:10px;'>

"Fənərbaxça"dan (İstanbul) istefaya göndərildikdən sonra "Benfika"nın (Lissabon) baş məşqçisi təyin edilən Joze Mourinyo Portuqaliyada qalmaqala səbəb olub. Bu, onun hakim barədə söylədiyi "şəxsiyyətsiz" sözü ilə əlaqədardır.

QOL.az xəbər verir ki, bu barədə həmin ölkənin bir neçə media qurumunda məlumat yayılıb.

Mourinyonun rəhbərliyi altında "Benfika"nın yerli liqada "Rio Ave"yə qarşı ev matçında heç-heçə (1:1) edib. Oyunda onun komandasının bir qol VAR tərəfindən ləğv edilib. Buna isə 62 yaşlı mütəxəssis kəskin etirazını bildirib.

O, matçdan sonra verdiyi açıqlamada hakimlər barədə sərt sözlər söyləyib. Mourinyo deyib: 

"Bir qol vurursan. Amma bu günün futbolu elədirsə ki, təkcə kimininsə ayağına basıldığına və ya formanı azacıq dartdığına görə qol ləğv olunursa, mən belə futbolu sevmirəm. Nəticədə baş rolda futbol şəhərində oturub, hamımızın gördüyü hadisəni hakimin izləməsini qərar verən bir bəylə, bir də şəxsiyyətsiz olub yalnız VAR-ın dediyinə tabe olan bir hakim olur. Hakimin VAR-a çağırıldığını gördüyüm anda artıq qolun ləğv olunacağını bilirdim".

Bu açıqlamasından sonra Portuqaliya Peşəkar Hakimlər Birliyi təcrübəli baş məşqçini Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsinə şikayət edib Portuqaliyanın nüfuzlu qəzetlərindən "A Bola" Mourinyo bağlı bu iddianı təsdiqləyib. Təcrübəli baş məşqçinin hansı cəzanı alacağı isə maraqla gözlənilir.

Seçilən
4
3
teleqraf.com

4Mənbələr