AZ

“THE Avrasiya Universitetləri Sammiti” öz işini panel müzakirələrlə davam etdirir

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti” panel müzakirələri ilə işini davam etdirir.

TƏHSİL.BİZ  xəbər verir ki, günün açılışında “Mərkəzi Asiya və Qafqaz universitetləri üçün “THE dayanıqlılıq təsir reytinqlərindən istifadə imkanları” mövzusunda təqdimat keçirilib. 

Ardınca “Keyfiyyətin təminatı universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini necə gücləndirə bilər?” və “Avrasiya universitetlərinin iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzuları üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, sammitdə müxtəlif ölkələrdən gəlmiş beynəlxalq spikerlər çıxış edir, 35-ə yaxın ölkədən 300-dən çox iştirakçı müzakirələrdə təmsil olunur. 

Tədbir gün ərzində digər sessiya və panellərlə davam edəcək.

 

 

 

 

 

Seçilən
0
1
tehsil.biz

2Mənbələr