AZ

Formula 1 üzrə Azərbaycan Qran prisi ABŞ də rekord tamaşaçı auditoriyası toplayıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025" ABŞ-də bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub.

Oxu.Az xəbər verir ki, bu barədə əməliyyat şirkəti məlumat yayıb.

"Formula-1"in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.

Bazar günü keçirilən əsas yarışın canlı yayımı, demək olar ki, 1.1 milyon tamaşaçı toplayıb - bu, Azərbaycan Qran-prisi üzrə ABŞ televiziya tarixində ən yüksək göstəricisidir. Qeyd edək ki, yarış ABŞ vaxtı ilə səhər saatlarında start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.

Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında "Formula-1" yarışlarının televiziya auditoriyası orta hesabla 1.4 milyon nəfər təşkil edir. Bu da ABŞ-də "Formula-1" yayımlarının tarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ci ildə 1.21 milyon tamaşaçı olmuşdu.

Xatırladaq ki, "Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025" 19-21 sentyabr tarixlərində baş tutub. Yarışın qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
10
oxu.az

10Mənbələr